Nazir Şahin Mustafayevin İrəvandakı "sirr"ini açdı: 3 sənəd...

Nazir Şahin Mustafayevin İrəvandakı "sirr"ini açdı: 3 sənəd...
10.05.2026 10:48 Siyasət

“Delimitasiya və demarkasiya prosesi çox böyük prosesdir. Çox texniki məsələlər var. Bu, qısa müddət ərzində baş verən proses deyil. Bu istiqamətdə işlər gedir”.

TodayPress TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov I Fəxri Xiyabanda jurnalistlərə açıqlamasında deyib.

O, Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini xatırladıb:

“Azərbaycan nümayəndə heyəti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana səfər etdi və orada komissiyaların növbəti iclası keçirildi, müzakirələr aparıldı və sonrakı işlərin reqlamentini müəyyən edən üç sənəd razılaşdırıldı. Bundan öncə, noyabr ayında Ermənistan nümayəndə heyəti Azərbaycanın Qəbələ şəhərinə gəlmişdi və orada danışıqlar aparılmışdı. Yəni ümumilikdə proses uğurla davam edir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər