"Mistik obrazların deyil, Ali Baş Komandanın əsgəriyik deyəcəklər" - Deputatdan təxribatçılara cavab...

"Mistik obrazların deyil, Ali Baş Komandanın əsgəriyik deyəcəklər" - Deputatdan təxribatçılara cavab...
13.10.2026 11:44 Siyasət

Azərbaycanın tarixi Zəfərinin mədəniyyət vasitəsilə təqdim olunması milli-mənəvi dəyərlərin və ideoloji gücün möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, gücün mədəni komponentləri də var. Onun sözlərinə görə, Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji təxribatlardan və ideoloji gücün artırılmasının vacibliyindən danışıb.

Hikmət Babaoğlu qeyd edib ki, ötən gün Heydər Əliyev Mərkəzində “44” filminin premyerasında iştirak ediblər. O, filmi tarixi Zəfərin mənəvi gücə çevrilməsi kimi qiymətləndirib və ekran əsərinin Azərbaycan Zəfərinin mədəni təqdimatı olmaqla yanaşı, güc anlayışını da yenidən təqdim etdiyini vurğulayıb.

Deputatın fikrincə, film geniş auditoriya tərəfindən izlənilməlidir. O bildirib ki, ekran əsərinə baxan insanlar “Mən hansısa dini, mistik obrazın əsgəriyəm” düşüncəsindən “Mən Müzəffər Ali Baş Komandanın əsgəriyəm” mövqeyinə yönələcəklər.

Hikmət Babaoğlu filmin Azərbaycan mədəniyyəti və kino sənayesi tarixində mühüm hadisə olduğunu bildirib. O, ekran əsərinin ssenari müəllifi Anar Ələkbərova, Bakı Media Mərkəzinə və filmin ərsəyə gəlməsində iştirak edən bütün yaradıcı heyətə təşəkkür edib.

“Güc həm də budur”, – deyə deputat əlavə edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər