Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin!

Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin!
05.06.2026 19:18 Siyasət

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası "CNN"dən əsassız iddiaları sübut etməyi tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə komissiya bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, komissiya "CNN" transmilli media şirkətinin "İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqaləsində adları açıqlanmayan mənbələrə istinad edərək Azərbaycana qarşı informasiya təxribatının əsassızlığı barədə açıqlama verməyə və ya iddialarını sübut edəcək faktları ictimaiyyətə təqdim etməyə çağırır:

"İyunun 5-də "CNN" transmilli media şirkətinin "İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqaləsində adları açıqlanmayan mənbələrə istinad edərək Azərbaycana qarşı informasiya təxribatına yol verib.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bu məlumatın Yaxın Şərqdə sülh prosesinə, habelə Azərbaycanın milli maraqlarına və beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə yayıldığını və dezinformasiya kampaniyasının bir hissəsi olduğunu bəyan edir.

İlk növbədə qeyd olunmalıdır ki, mühüm diplomatik və siyasi hadisələr, qlobal beynəlxalq tədbirlər və ya proseslərin astanasında "CNN" və oxşar media quruluşları tərəfindən Azərbaycana qarşı hədəflənmiş informasiya kampaniyasının aparılması artıq birinci hal deyil.

Komissiyanın apardığı monitorinq zamanı müəyyən edilib ki, adıçəkilən məqalə paylaşıldıqdan dərhal sonra "fürsətçi amplifikasiya" taktikası və prosesi nəticəsində bu anti-Azərbaycan narrativ dünya üzrə əksər nüfuzlu media orqanlarında, habelə "X", "Threads", "Facebook" və "Telegram" kimi sosial media platformalarında sürətlə yayılaraq kampaniya halını alıb.

Məqalə müəlliflərinin sonda daim Azərbaycanın əleyhinə olan mövqeyi ilə seçilən və vaxtilə "Soros Fondu"nun maliyyələşdirdiyi media layihələrdə fəaliyyət göstərən şəxsə müraciət etməsi isə məsələnin haradan qaynaqlandığını ehtimal etməyə əsas verir.

Müvafiq dövlət qurumlarımız tərəfindən də dəfələrlə bəyan edildiyi kimi, ölkəmizdə heç bir xarici dövlətin hərbi qüvvələri (qoşunları) və ya bazaları yoxdur və Azərbaycan Respublikasının ərazisindən üçüncü dövlətlərə qarşı hansısa qeyri-dost fəaliyyətlərin aparılması mümkün deyil.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya "CNN"-dən bu məqalənin əsassızlığı barədə açıqlama verməyə və ya iddialarını sübut edəcək faktları ictimaiyyətə təqdim etməyə çağırır.

Əks halda "CNN" doğrulanmamış və anonim mənbələrə söykənərək geniş beynəlxalq əhatə dairəsinə malik materiallar yaymaqla hibrid təhdidlərin vacib komponentləri sayılan informasiya əməliyyatları, saxta narrativlər və dezinformasiya kampaniyalarında alət rolunu oynadığını bir daha təsdiq etmiş olacaq".

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək 23:50 Azov dənizində gəmiyə hücum nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb. 01:52 Tramp saatların çəkilməsinin ləğv olunmasını təklif etdi 23:53 İraqın şimalında İran konsulluğu yaxınlığında partlayış oldu 01:13 Ermənistan Türkiyə sərhədinə dəmir yolu çəkir – Paşinyan tender elan etdi 00:53 Hindistan mediası Bakını hədəfə aldı: Konfrans ətrafında qalmaqal 00:01 Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu 00:09 Bitkoinin qiyməti 2024-dən bəri ilk dəfə 60 min dollardan aşağı endi 23:40 BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 23:48 Tramp Zelenski və Putinin özlərinin razılığa gəlməsini istəyir 23:24 Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Bütün Xəbərlər