İran coşdu: Bu ölkə bizimdir, girib qaytaraq!...

İran coşdu: Bu ölkə bizimdir, girib qaytaraq!...
15.05.2026 11:58 Siyasət

Bəhreyn İran ərazisidir və onu geri qaytarmaq prosedurlarına başlamaq lazımdır.

TodayPress TV xəbər verir ki, bunu İranın hökumətyönlü "Keyhan" qəzetinin baş redaktoru Şəriətmədari bildirib.

Qeyd edək ki, Fars körfəzindəki 33 adada yerləşən Bəhreyn sultanlığı 1971-ci ilə qədər Britaniyanın protektoratlığı olub. Həmin vaxt İran oranı öz ərazisi hesab edirdi. Amma 1971-ci ildə BMT-nin də iştirakı ilə adalarda müstəqil dövlət yaradıldı.

İranın bu məsələni ortaya atmaqda məqsədi nə ola bilər? Danışıqlarda hədəfi çox yuxarıdan götürmək. Bu, İran diplomatiyasının sevimli taktikalarından biridir: Çox yuxarı hədəf qoyur, sonra ondan imtina edəndə sanki güzəştə getmiş kimi görünürlər. 

Onlar  çox vaxt “maksimalist” mövqedən çıxış edir: ya bütün Körfəz adalarının ona məxsus olduğunu iddia edir, ya Bəhreyni özünün 14-cü əyaləti adlandırır, ya da Hörmüz boğazını bağlamaqla hədələyir. Daha sonra danışıqlar masasına oturduqda isə “yaxşı, o adalardan ikisini müzakirədən çıxara bilərik, amma üçüncüsü və Bəhreyn məsələsində səssizliyinizi qoruyun” mesajı verir. Bu, zahirdə güzəşt kimi görünür, halbuki əslində İran heç nə itirmir. Sadəcə, danışıqların gündəliyini öz istədiyi istiqamətə yönləndirir.

Regionda gərginliyi idarə etmək və Səudiyyə-ABŞ oxuna təzyiq göstərmək

Bəhreyn hazırda ABŞ-nin 5-ci Donanmasının yerləşdiyi əsas məkanlardan biridir. Bundan əlavə, bu ölkənin İsraillə əlaqələri də kifayət qədər güclüdür. İran bu cür iddialarla əslində belə bir mesaj verir: “Sizin strateji arxa cəbhənizdəyəm və istəsəm, ora da təsir göstərə bilərəm.” Bu ritorika Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrini daha çox silahlanmağa və ABŞ təhlükəsizlik çətirinə daha sıx bağlanmağa sövq edir. Eyni zamanda, həmin ölkələrin daxilində yaşayan şiə icmaları arasında narahatlıq yarada bilər.

Daxili auditoriyanı cilovlamaq

İran rejimi iqtisadi çətinliklər, sosial etirazlar və beynəlxalq təcrid şəraitində tez-tez bu tip ideoloji ritorikaya müraciət edir. “Tarixi haqqımızı geri alacağıq” kimi mesajlar həm millətçi, həm də dini hissləri gücləndirir. Bu yanaşma cəmiyyətə “biz böyük bir imperiyanın varisləriyik və zəif deyilik” mesajını verməyə xidmət edir.

Nəticədə 1971-ci ildə BMT-nin iştirakı ilə keçirilmiş referendum və sonrakı beynəlxalq razılaşmalar Bəhreynin statusunu hüquqi baxımdan müəyyən edib. Bu gün Bəhreyni “geri qaytarmaq” üçün hərbi müdaxilə tələb olunar ki, bu da İran üçün son dərəcə ağır nəticələr doğura bilər. Buna görə də, bu ritorika daha çox siyasi təzyiq aləti kimi istifadə olunacaq. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin! 09:15 Bütün Xəbərlər