Ermənistanın Baş naziri: "Minsk qrupu rəsmən ləğv edildi"
"ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi müraciət təqdim olundu".
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Ermənistan KİV-ə müsahibəsində deyib.
“Bizim iştirakımızla Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən Minsk Qrupunun ləğvi barədə ATƏT-ə ünvanlanan birgə müraciət imzalandı”, – deyə Paşinyan bildirib.
Töhfə Səməd