Ermənistan ordu generalı Azərbaycana şər atır: Türklər Sünikdə irəliləyir...

Ermənistan ordu generalı Azərbaycana şər atır: Türklər Sünikdə irəliləyir...
11.06.2026 10:34 Siyasət

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Azərbaycana qarşı növbəti ittihamlarla çıxış edib.

TodayPress TV   xəbər verir ki, bu barədə "Zartonk Media" məlumat yayıb.

Məlumata görə, o iddia edib ki, Azərbaycan hərbçiləri Sünik vilayətinin Qafan istiqamətində mövqelər qurur, infrastruktur yaradır və hətta qorunan ərazilərdə ağaclar kəsirlər.

Asryan həmçinin bildirib ki, Ermənistan 2021–2022-ci illərdə itirdiyi əraziləri delimitasiya prosesi nəticəsində geri qaytarmağa çalışacaq və ölkəsinin bir qarış torpaq belə verməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan  delimitasiya və demarkasiya prosesini yekunlaşdırmaq, sülh müqaviləsi imzalamaq ərəfəsindədir. Ermənistan tərəfindən bu cür təxribatçı məlumatların yayılması sülh prosesinə kölgə salır. 

Jalə Rövşən 


XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər