Dünya bazarlarında neftin qiyməti yenidən yüksəlişə keçdi

Dünya bazarlarında neftin qiyməti yenidən yüksəlişə keçdi
22.07.2026 09:30 Sənaye və energetika

Dünya əmtəə bazarlarında neft qiymətləri yenidən yüksəlib.

TodayPress TV xəbər verir ki, “NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersləri 1,04 ABŞ dolları və ya 1,23% bahalaşaraq bir barel üçün 85,38 ABŞ dollarına yüksəlib.

“ICE” birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1,27 ABŞ dolları və ya 1,40% artaraq 92,28 ABŞ dolları təşkil edib.

Analitiklər qiymət artımına əsas səbəb kimi Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda enerji tədarükünə dair risklərin artması və bazarda təkliflə bağlı narahatlıqlar göstərirlər. ABŞ-ın İrana qarşı sanksiyalarının sərtləşdirilməsi ehtimalı və Hörmüz boğazı ilə bağlı risklər də neft bazarında alışları dəstəkləyən əsas amillərdən hesab olunur.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər