Xarici dil öyrənmək beyinə faydalıdır

Xarici dil öyrənmək beyinə faydalıdır
14.10.2025 19:00 Sağlamlıq

Psixoloqlar bildiriblər ki, beynin daim aktiv saxlanması demensiyanın (ağıl zəifləməsinin) qarşısını almaqda mühüm rol oynayır.

TodayPress TV xəbər verir ki, sağlam həyat tərzi, balanslı qidalanma, stressin idarə olunması və müntəzəm fiziki fəaliyyət qədər beyin məşqləri də vacibdir.

Mütəxəssis qeyd edib ki, bunun ən yaxşı yollarından biri xarici dilləri öyrənməkdir.

Dil öyrənmək yaddaşı, diqqəti və düşünmə qabiliyyətini gücləndirir, beynin müxtəlif sahələrini aktiv saxlayır və xüsusilə yaşlı insanlarda idrak qabiliyyətlərinin azalmasının qarşısını almağa kömək edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər