Viruslara qarşı meyllilik psixi xəstəliklərdən qoruya bilər

Viruslara qarşı meyllilik psixi xəstəliklərdən qoruya bilər
14.10.2025 19:15 Sağlamlıq

Sun Yat-sen Universitetinin alimləri aşkar ediblər ki, bəzi viruslara qarşı genetik meyllilik insanlarda psixi pozğunluqların yaranma riskinə təsir edə bilər.

TodayPress TV xəbər verir ki, 410 mindən çox insanın genetik məlumatı araşdırılıb. 

Nəticələr göstərib ki, "Hepatit B"yə meyillilik həyəcan pozğunluğu riskini azaldır, "HİV" və "SARS-CoV-2"yə meyllilik obsesiv-kompulsiv pozğunluq riskini azaldır, insan papilloma virusuna meyllilik şizofreniya riskini azaldır.

Amma "Epşteyn-Barr" virusuna meyllilik depressiya riskini bir qədər artırır.

Alimlər bildiriblər ki, virusların bəziləri bədənə yalnız zərər vermir, həm də bəzi hallarda qoruyucu təsir göstərə bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər