1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi

1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi
13.10.2025 17:53 Sağlamlıq

TƏBİB-in təşkilatçılığı ilə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Poliklinikasında media nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

TodayPress TV xəbər verir ki, “Açıq qapı” gününün keçirilməsində əsas məqsəd poliklinikanın fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, peyvənd prosesini izləmələrinə şərait yaratmaq və onları maraqlandıran sualları cavablandırmaqdan ibarət olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq iştirakçıları salamlayıb. O bildirib ki, peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur:

“Ötən il - 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər tibb müəssisələrimizdə ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431 nəfəri 0-17 yaş, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlarımızdır. Bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşır, peyvəndə etimad və maraq getdikcə artır”.

TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva qeyd edib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi xarakter daşıyır və onların tətbiqi uşaqların, yaşlıların, xroniki xəstəlikləri olan şəxslərin, həmçinin tibb işçilərinin qrip və onun ağırlaşmalarından qorunmasında mühüm əhəmiyyət kəsb edir:

“Oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 641 nəfəri Bakı şəhərində yerləşən ilkin-səhiyyə xidməti göstərilən müəssisələrdə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar isə Sumqayıt şəhəri, Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır”.

1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Təranə Nurəlibəyova poliklinikanın fəaliyyəti ilə iştirakçıları tanış edib. T.Nurəlibəyova bildirib ki, tibb müəssisəsində peyvəndlənmə “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub və peyvəndlər böyüklərə, eləcə də 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Tədbir sonunda media nümayəndələri könüllü olaraq qrip əleyhinə peyvənd olunublar.

“Açıq qapı” günü iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.

TodayPress TV

FOTOLAR

1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi — 1
1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi — 2
1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
test 17:40 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 Bütün Xəbərlər