Smartfon üçün ideal batareya tutumu nə qədərdir? - Mütəxəssisdən açıqlama
Maraqlı
20.05.2026 03:00
Gün ərzində rahat istifadə üçün ən azı 4 500 milliamper/saat (mAh) batareya tutumuna malik smartfon seçmək tövsiyə olunur.
TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı İT mütəxəssisi Boqdan Konstantinov NEWS.ru-ya müsahibəsində məlumat verib.
Ekspertin sözlərinə görə, batareya tutumundan əlavə, cihaz mütləq 65-120 vatlıq sürətli şarj texnologiyasını da dəstəkləməlidir.
"Gündəlik rahat istifadə üçün 4 500 mAh batareya tam kifayətdir. 5 000-6 000 mAh batareyalı telefonlar isə orta yüklənmə ilə asanlıqla bir gün yarım və ya iki gün işləyə bilər. Eyni zamanda şarj sürəti də vacib parametrə çevrilib. Tam şarjın 30-40 dəqiqə davam etməsi, yəni 65-120 Vt-lıq güc artıq bir çox istifadəçi üçün orta seqmentin normasıdır", - deyə Boqdan Konstantinov qeyd edib.
tag: Batarya,Telefin,Texnologiya,Dünya,Todaypress.tv,
