Şəhzadə Dianadan qalan milyonlar hardadır?
Maraqlı
08.05.2026 18:30
Şahzadə Harri anası Diana Spencer və II Elizabet tərəfindən ona qalan mirasın böyük hissəsini xərcləyib.
TodayPress TV xəbər verir ki, “Daily Express”in məlumatına görə, Şahzadə Harri anası Şahzadə Dianadan və Kraliça II Yelizavetadan miras qalan milyonlarla funt sterlinqin əhəmiyyətli hissəsini artıq sərf edib.
Harri 2020-ci ildə Britaniya kral ailəsinin yüksək vəzifəli üzvü statusundan imtina etdikdən sonra maliyyə baxımından əsasən öz imkanlarına güvənməyə başlayıb. Məlumata əsasən, o, Şahzadə Dianadan təxminən 10 milyon ABŞ dolları miras alıb. Bundan əlavə, Kraliça Ananın nəvələri üçün yaratdığı etibar fonduna da çıxış hüququna malikdir. Bildirilir ki, Harri 2024-cü ildə həmin fonddan 7–8 milyon funt sterlinq əldə edib.
Kral ailəsi üzrə ekspert, “People” jurnalının keçmiş redaktoru Dan Wakeford iddia edib ki, bu vəsaitin əhəmiyyətli hissəsi artıq xərclənib. Onun sözlərinə görə, şahzadəyə yaxın beş mənbə bu məlumatı təsdiqləyib.
Hazırda Harri və həyat yoldaşı Megan Markl xərclərini azaltmağa məcbur qalıblar. Məlumata görə, onlar işçi heyətinin sayını 16 nəfərdən 5 nəfərə endiriblər.
Qeyd edək ki, Şahzadə Harri Charles III-ın kiçik oğludur. O, 2020-ci ildə kral ailəsinin aktiv üzvü statusundan imtina edərək ABŞ-yə köçüb. Sonrakı müsahibələrində, xatirələrində və sənədli layihələrində Harri və Meqan Britaniya kral ailəsi ilə münasibətlərində yaşadıqları problemlərdən danışıb, həmçinin ailə üzvlərindən birinin irqçi xarakterli ifadələr işlətdiyini iddia ediblər.
Jalə Rövşən
tag: Şəhzadə Harri ,Şəhzadə Diana ,Miras,Kral ailəsi ,Todaypress.tv,
