Pişiyin rənginə baxın, xasiyyətini öyrənin
Pişik sahibləri eyni rəngli pişiklərin oxşar davranışlar sərgilədiyini tez-tez müşahidə etsələr də, alimlər tük rəngi ilə xarakter arasında elmi əlaqənin olmadığını bildirirlər.
TodayPress TV xəbər verir ki, xalq arasında qara pişiklərin ehtiyatlı, ağ pişiklərin sakit, narıncı (kürən) pişiklərin isə daha dəcəl və oynaq olduğu düşünülür. Boz pişiklər ağıllı və öyrənməyə meyilli, üçrəngli pişiklər isə daha inadkar və dominant hesab edilir.
Mütəxəssislər isə vurğulayırlar ki, pişiyin xarakteri tük rəngindən deyil, genetik xüsusiyyətlərindən və böyüdüyü mühitdən asılıdır.
Kübra Musayeva