NƏHƏNG, SİRLİ məxluqun fotosu yayıldı - FTB təsdiq etdi

Maraqlı

18.05.2026 19:15

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ufoloqlar tərəfindən kosmosdan gəlmiş yadplanetli hesab edilən nəhəng və sirli məxluqu əks etdirən fotoşəkilin həqiqiliyini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə  "What’s The Jam"  məlumat yayıb 

Qeyd edilib ki, mantisə bənzər başı olan şəffaf nəhəng fiqurun əks olunduğu bu foto 2011-ci ildə Tayvanın Jia Ming gölü sahilində Çen Yonq Qianq tərəfindən çəkilib. O, dəniz səviyyəsindən üç min metrdən çox yüksəklikdə yerləşən bu gölün mənzərəsini mobil telefonu ilə çəkərkən təsadüfən həmin görüntünü qeydə alıb. Daha sonra şəkillərə baxarkən o, sirli fiquru aşkar edib.

Ekspertlər  hesab edirlər ki, “yadplanetli” görüntüsü telefon yaddaşındakı nasazlıq və ya kamera artefaktı nəticəsində yaranmış ola bilər. Tayvan UFO Cəmiyyəti fotonu araşdıraraq onun orijinal olduğu qənaətinə gəlib. Orijinal fayl daha sonra FTB müstəntiqlərinə göndərilib.  Mütəxəssislər fotoda heç bir redaktə və ya manipulyasiya əlaməti aşkar etməyiblər.

Lakin şəkildə nəyin təsvir olunduğu hələ də məlum deyil.

Jalə Rövşən 

TodayPress TV

tag: Ufo ,Məxluq ,FTB,Amerika ,Todaypress.tv,