Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı...

Nə səsi var, nə də mühərriki... –  NASA-nın gizlətdiyi görüntülər açıldı...
11.07.2026 14:45 Maraqlı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı məxfilikdən çıxarılan sənədlərin dördüncü hissəsini ictimaiyyətə təqdim edib.

TodayPress TV xəbər verir ki, xüsusi internet səhifəsində ümumilikdə 40 material – 14 sənəd, 19 video, 4 audioyazı və 3 fotoşəkil dərc olunub.

Məlumata görə, materiallar NASA, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI) və ABŞ Energetika Nazirliyi tərəfindən təqdim edilib. Faylların təxminən yarısı 2010-cu ildən sonrakı dövrə aiddir.

Yayımlanan videolarda hərbi kameralar vasitəsilə çəkilmiş infraqırmızı görüntülər, fotolarda isə Sakit okeanın qərb hissəsi, Atlantik okeanı və Yaxın Şərq üzərində qeydə alınmış izahı verilməyən obyektlər əks olunub.

CBS telekanalının diqqət çəkdiyi sənədlərdən birində 2015-ci ilin sentyabrında Texas ştatındakı "Pantex" nüvə silahı zavodunun hava məkanına naməlum obyektin daxil olması təsvir edilir.

Hesabatda bildirilir ki, obyekti təqib edən iki zabit ona çata bilməyib. Onlar avtomobildən düşərək binoklla müşahidə aparsalar da, obyektin heç bir səs çıxarmadığını və görünən hərəkətverici sistemə malik olmadığını müəyyən ediblər.

Qeyd edək ki, UNO-larla bağlı sənədlərin məxfilikdən çıxarılması barədə göstərişi ABŞ Prezidenti Donald Tramp verib. İlk sənəd paketi mayın 8-də, ikinci mayın 22-də, üçüncü isə iyunun 13-də açıqlanmışdı.

Qiymət Mahir



XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər