NASA sirli kosmik obyekt aşkarladı

NASA sirli kosmik obyekt aşkarladı
29.05.2025 19:15 Maraqlı

NASA-nın "Chandra" teleskopu ASKAP J1832-0911 adlı naməlum obyekt aşkarlayıb. 

TodayPress TV xəbər verir ki, tədqiqat "Nature" jurnalında dərc olunub.

Bildirilir ki, bu obyekt hər 44 dəqiqədən bir, 2 dəqiqə ərzində həm radio, həm də rentgen siqnalları yayır. Alimlər onu “uzun dövr keçici” (LPT) kimi təsnif edir və ölü ulduz ola biləcəyini düşünürlər.

Bu, LPT-lər arasında rentgen şüalanmasının ilk müşahidəsidir. Obyektin təbiəti hələ də tam aydın deyil. 

Qeyd edək ki, LPT-lər ilk dəfə 2022-ci ildə aşkar olunub və indiyə qədər yalnız 11 belə obyekt qeydə alınıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər