Əraqçi Trampın "evini yıxmağa" qərar verdi

Əraqçi Trampın "evini yıxmağa" qərar verdi
21.10.2026 13:02 Dünya

İran ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl diplomatik uğur qazanmasına mane olmaq üçün sülh danışıqlarını uzadır.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Tehran vaxtın öz xeyrinə işlədiyini düşünür.

Qeyd edilib ki, müharibəyə son qoyulması istiqamətində irəliləyiş əldə etmək üçün artan təzyiqlə üzləşən Tramp seçkilərdən əvvəl konkret nəticə göstərməyə çalışır.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Hörmüz boğazının açılması ilə bağlı Tehranın təklifinin qüvvədə qaldığını və vasitəçilər vasitəsilə mesaj mübadiləsinin davam etdiyini bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər