Rusiya, ABŞ və Ukrayna yenidən masa ətrafına qayıda bilər - Uitkoff

Rusiya, ABŞ və Ukrayna yenidən  masa ətrafına qayıda bilər - Uitkoff
21.10.2026 13:40 Dünya

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukraynada atəşkəsə nail olmaq üçün zəmin olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, bunu Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Uitkoffun sözlərinə görə, Ukrayna və Avropa nümayəndələri ilə Osloda keçirilən danışıqlar konstruktiv keçib və irəliləyiş əldə olunub.

Elçi Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpa olunacağına ümid etdiyini bildirib.

O, Putinin də bu ehtimalı nəzərdən keçirəcəyinə ümidvar olduğunu vurğulayıb.

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər