TRIPP-də sərnişin qatarları da hərəkət edəcək - Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu xəttində sərnişin daşımalarının həyata keçiriləcəyini bildirib.
TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında TRIPP layihəsi ilə bağlı çərçivə sazişinin ratifikasiyası məsələsini təqdim edərkən danışıb.
Mirzoyanın sözlərinə görə, dəmir yolu xəttində qatarların dayanacaqları da olacaq.
Nazir qeyd edib ki, TRIPP hər iki tərəf üçün iqtisadi baxımdan faydalıdır və sülhün möhkəmlənməsinə müsbət təsir göstərir. O, Azərbaycanın da, Ermənistanın da layihədə maraqlarının olduğunu vurğulayaraq, əməkdaşlığın qarşılıqlı fayda verəcəyini bildirib.
Jalə Rövşən