Azərbaycana girişi qadağan olunanlardan biri də Ərbakanın oğludur

Azərbaycana girişi qadağan olunanlardan biri də Ərbakanın oğludur
21.10.2026 14:13 Dünya

Türkiyənin Yeniden Refah Partiyasının sədri Fatih Erbakan Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamalarına görə onun Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.

Qeyd edək ki, Fatih Erbakan Türkiyənin keçmiş baş naziri Necmettin Erbakanın oğludur.

TodayPress TV

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər