Kobaxidze Azərbaycana gələcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək.
TodayPress TV Report.az-a istinadən xəbər verir ki, Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili məlumat verib.
Səfirin sözlərinə görə, səfərin məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etməkdir. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin aktual məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Zakaraşvili, həmçinin iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi ilə bağlı konkret tarixlərin razılaşdırılacağına ümid etdiyini bildirib.
Jalə Rövşən