Misir səhrası vaxtilə okean imiş - Qədim köpəkbalıqlarının dişləri TAPILDI
Paleontoloqlar Misirin Abu-Tartur yaylasında yerləşən səhrada qədim köpəkbalıqlarının yeddi növünə aid dişlər aşkar ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Qahirə Universitetinin paleontoloqu Tarik Yassinin rəhbərlik etdiyi tədqiqatçılar qrupunun “Cretaceous Research” jurnalında dərc olunan məqaləsində məlumat verilib.
Tapıntılar Luksordan 200 kilometr qərbdə yerləşən Abu-Tartur yaylasındakı Duvi qaya laylarının fosfat təbəqələrində aşkar edilib. Təxminən 70 milyon il əvvəl, yəni Təbaşir dövrünün sonlarında bu ərazi zəngin ekosistemə malik qədim tropik Tetis okeanının dibi olub.
Əvvəlki tədqiqatlarda Yassin və həmkarları fosil yatağında aşkar edilmiş bir neçə diş əsasında iki köpəkbalığı növünü müəyyən ediblər. Bu dəfə isə onlar Abu-Tarturda daha əvvəl müəyyən edilməmiş beş müxtəlif köpəkbalığı növünə aid daha 14 diş aşkar ediblər.
Aysel Mətləb