Kondisionersiz evi sərin saxlamağın sirri açıqlandı
Böyük Britaniyanın Loughborough Universitetinin alimləri isti havalarda evi sərin saxlamağın ən təsirli üsullarını müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, araşdırma zamanı iki eyni ev müqayisə edilib. Onlardan biri adi vəziyyətdə saxlanılıb, digəri isə xarici kölgələndirmə sistemi ilə təchiz olunub.
Nəticələr göstərib ki, kölgələndirilmiş evdə temperatur adi evlə müqayisədə təxminən 6 dərəcə aşağı olub.
Mütəxəssislər həmçinin gün ərzində pəncərələri bağlı saxlamağı, onları yalnız səhər tezdən və axşam saatlarında açmağı tövsiyə edirlər. Onların sözlərinə görə, bu üsul isti havanın evə daxil olmasının qarşısını alaraq otaqların daha sərin qalmasına kömək edir.