Kondisioner alarkən diqqət etməli olduğunuz məqamlar
Mütəxəssislər bildirirlər ki, kondisioner seçərkən təkcə evin sahəsinə deyil, istilik izolyasiyasına, iqlim şəraitinə, otaqdakı insanların sayına və rütubət səviyyəsinə də diqqət yetirmək lazımdır.
TodayPress TV xəbər verir ki, onların sözlərinə görə, kondisionerin gücü real ehtiyacdan xeyli yüksək olmamalıdır. Həddindən artıq güclü cihaz otağı sürətlə soyutsa da, havadakı rütubəti kifayət qədər azaltmır. Bu isə evdə nəmlik hissinin qalmasına, kif yaranmasına və cihazın daha tez sıradan çıxmasına səbəb ola bilər.
Ekspertlər vurğulayırlar ki, düzgün seçilmiş gücə malik kondisioner həm enerjiyə qənaət edir, həm də daha uzunömürlü olur.