İtaliyada cəmi 1 avroya ev almaq mümkündür, amma bir şərtlə…

İtaliyada cəmi 1 avroya ev almaq mümkündür, amma bir şərtlə…
19.07.2026 06:59 Maraqlı

İtaliyada uzun illərdir diqqət çəkən 1 avroya ev proqramı ilk baxışda sərfəli görünsə də, alıcılar sonradan böyük xərclərlə üzləşə bilirlər.

TodayPress TV xəbər verir ki, “Express” nəşrinin məlumatına görə, bu evlər əsasən əhalisi azalan kənd və kiçik şəhərlərdə yerləşir. Yeni sahiblər isə evi aldıqdan sonra onun əsaslı təmiri, notarius xidmətləri və sənədləşmə xərclərini də ödəməli olurlar.

Bildirilib ki, bəzi hallarda simvolik qiymətə alınan evlərin bərpasına yüz minlərlə dollar vəsait xərclənir. Buna görə də mütəxəssislər proqramda iştirak etməzdən əvvəl bütün əlavə öhdəlikləri diqqətlə araşdırmağı tövsiyə edirlər.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər