Günorta yatmaq tənbəllik deyilmiş: Beyin üçün faydası açıqlandı

Günorta yatmaq tənbəllik deyilmiş: Beyin üçün faydası açıqlandı
14.07.2026 06:51 Maraqlı

Alimlər müəyyən ediblər ki, qısa müddətli gündüz yuxusu beyin sağlamlığını qorumağa və yaşlanma prosesini ləngitməyə kömək edə bilər.

TodayPress TV xəbər verir ki, London Universitet Kollecinin tədqiqatçıları 40-69 yaş arası 35 mindən çox insanın məlumatlarını araşdıraraq belə nəticəyə gəliblər ki, gündüz yatan insanların beyin həcmi yatmayanlarla müqayisədə daha böyük olub.

Araşdırmaya görə, 5-15 dəqiqəlik gündüz yuxusu diqqəti və zehni fəaliyyəti artırır, təsiri isə bir neçə saat davam edə bilər. Mütəxəssislər ən uyğun vaxtın günorta yeməyindən sonrakı saatlar olduğunu bildirirlər.

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər