Gölün dibində GƏMİ QƏBİRSTANLIĞI tapıldı
Maraqlı
08.05.2026 19:00
ABŞ də yerləşən Union gölünün dibində təxminən 100 batmış gəmi aşkar olunub.
TodayPress TV "Fox News"a istinadən xəbər verir ki, sualtı robototexnika üzrə mütəxəssis Phil Parisi gölün dibini əsl “kabus şəhər”ə bənzədib.
Onun sözlərinə görə, təxminən səkkiz metr dərinlikdən sonra bitki örtüyü yox olur, sualtı canlıların sayı isə demək olar ki, müşahidə edilmir. Parisi hesab edir ki, bunun əsas səbəbi çoxsaylı gəmi qəzalarıdır.
Ekspert bildirib ki, Lake Union dayaz olması ilə seçilən unikal göllərdən biridir. Buna baxmayaraq, illər ərzində burada yüzlərlə gəmi batıb. Onların bir çoxu körpülərin altında qaldığından həmin ərazilərə çatmaq və araşdırma aparmaq olduqca çətindir.
Parisi tədqiqat zamanı məsafədən idarə olunan sualtı cihazlardan istifadə etdiyini qeyd edib. Onun sözlərinə görə, gölün suyu kifayət qədər çirkli olduğuna görə dalğıcların ərazini effektiv şəkildə araşdırması mümkün olmur.
Jalə Rövşən
tag: Gəmi ,Sualtı ,Ekspert , Union gölü,Todaypress.tv,
