Futbol azarkeşliyi sağlamlığa təsir edə bilər - Alimlərdən XƏBƏRDARLIQ

Futbol azarkeşliyi sağlamlığa təsir edə bilər - Alimlərdən XƏBƏRDARLIQ
19.07.2026 05:11 Maraqlı

Futbol matçlarını izləyərkən yaşanan güclü emosiyalar ürək-damar sistemi və ümumi sağlamlıq üçün risk yarada bilər.

TodayPress TV xəbər verir ki, “Popular Science” nəşrinin yazdığına görə, araşdırmalar gərgin oyunlar zamanı azarkeşlərdə stress hormonunun artdığını, ürək döyüntüsü və qan təzyiqinin yüksəldiyini göstərib. Bu isə bəzi hallarda infarkt və digər ürək problemlərinə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, azarkeşlərdə stress matç başlamazdan saatlar əvvəl yüksəlməyə başlayır. Bundan əlavə, gecə keçirilən oyunlara görə yuxusuz qalmaq diqqətin zəifləməsinə və yol-nəqliyyat hadisələri riskinin artmasına da səbəb ola bilər.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər