Ev heyvanı itərsə, nə etmək lazımdır?
Maraqlı
15.05.2026 19:45
Ev heyvanlarının təhlükəsizliyi üçün onların boynunda sahibinin telefon nömrəsi olan şəxsiyyət nişanı olmalı, əlavə olaraq mikroçip və ya "GPS" izləyici istifadəsi də tövsiyə edilir.
TodayPress TV xəbər verir ki, bu, heyvanlar itkin düşərkən kömək ola bilər.
Mütəxəssislər bildiriblər ki, ev heyvanları xüsusilə tanımadıqları və hasarlanmamış ərazilərdə heç vaxt qayışsız buraxılmamalıdır. Qayış və boyunluğun möhkəm olması da vacib hesab olunur.
Əgər ev heyvanı itərsə, ilk iki saatın həlledici olduğu qeyd edilir. Bu zaman yaxın ərazilərin, həyət və parkların yoxlanılması, heyvanın adı ilə çağırılması və yem səsləri ilə diqqət cəlb edilməsi tövsiyə olunur. Pişiklər üçün isə ağaclar, maşın altları və gizlənə biləcəyi yerlərin yoxlanması vacib sayılır.
Axtarış zamanı itmiş heyvanın şəkillərinin ətrafdakı insanlara və müəssisələrə paylaşılması, baytarlıq klinikaları və sığınacaqlarla əlaqə saxlanılması da məsləhət görülür. Uzanan hallarda elanların hazırlanması və mükafat təklif edilməsi axtarışa kömək edə bilər.
Həmçinin qeyd olunub ki, ictimai nəqliyyatda və ya hava limanında ev heyvanı itərsə, dərhal məsul şəxslərə məlumat verilməli və elan verilməsi təmin olunmalıdır.
Türkan İsgəndərli
tag: Ev,Heyvan,İtkin,GPS,Todaypress.tv,
