Dinozavr skeletlərinə artan maraq saxtakarlığı artırıb
Dinozavr skeletlərinə artan tələbat bu sahədə saxtakarlıq hallarını da çoxaldıb.
TodayPress TV xəbər verir ki, “Bloomberg” agentliyinin araşdırmasına görə, milyonlarla dollar dəyərində satışa çıxarılan bəzi skeletlərin orijinal olmadığı və məşhur eksponatların surətlərindən istifadə edildiyi müəyyənləşib. Bu səbəbdən Kristis hərrac evi 2022-ci ildə qiyməti 15–25 milyon dollar olan “Şen” adlı tirannozavr skeletinin satışını dayandırıb.
Bildirilib ki, qalmaqallara baxmayaraq, dinozavr skeletlərinə maraq azalmır. Bu ilin iyulunda Sotbis hərracında “Qas” adlı tirannozavr skeleti rekord qiymətə - 50,1 milyon dollara satılıb.