Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI
Mütəxəssislərin sözlərinə görə, əzələ kütləsini artırmaq və eyni zamanda bədəndəki yağ faizini azaltmaq mümkündür.
TodayPress TV xəbər verir ki, bu proses nəticəsində tərəzidə çəki dəyişməsə də, bədən daha fit görünür və fiziki güc artır.
Qeyd olunur ki, əzələ və piy eyni çəkiyə malik olsa da, əzələ daha sıx toxuma olduğu üçün daha az yer tutur. Mütəxəssislər sağlam qidalanma, müntəzəm idman və kifayət qədər yuxunun bədən quruluşunun yaxşılaşmasında mühüm rol oynadığını bildirirlər.