Bu ayda doğulanlar üçün uğurlu yay vəd edilir
Astrologiya və numerologiya iddialarına görə, 2026-cı ilin yayında fevral, mart, iyul və avqust aylarında doğulan insanlar üçün uğurlu dövr başlayacaq.
TodayPress TV xəbər verir ki, məlumata əsasən, bu aylarda doğulanları yeni tanışlıqlar, romantik hisslər və xoş sürprizlər gözləyir.
Astroloqlar bildirir ki, fevralda doğulanlar diqqət mərkəzinə düşə, martda doğulanlar rahatlıq və yeni imkanlar əldə edə, iyulda doğulanlar uğurlarla qarşılaşa, avqustda doğulanlar isə yeni münasibətlər və vacib tanışlıqlar qazana bilərlər.
Qeyd edək ki, astrologiya elmi olaraq təsdiqlənməyib və bu cür proqnozlar əyləncə xarakteri daşıyır.