Berlində 80 il sonra müharibə “izinə” rast gəlindi
Almaniyanın paytaxtı Berlinin Neukölln rayonunda İkinci Dünya müharibəsindən qalma bomba aşkarlanıb.
TodayPress TV xəbər verir ki, Berlin polisinin “X” sosial media platformasında yayılan açıqlamasında bombanın Vayqandufer küçəsi yaxınlığındakı su kanalında aparılan işlər zamanı aşkarlandığı bildirilib.
Bəyanatda bombanın mütəxəssislər tərəfindən nəzarətli şəkildə zərərsizləşdiriləcəyi qeyd olunub. Bu məqsədlə bombanın aşkar edildiyi ərazinin 500 metrliyində təhlükəsizlik zonası yaradılıb.
Bildirilib ki, həmin ərazidə olan bütün şəxslər ərazini tərk etməli, evlər isə təxliyə edilməlidir.
Aysel Mətləb