Bank işçisi telefonu Papa-nın üzünə söndürdü

Maraqlı

08.05.2026 18:45

Bank əməkdaşı Papa ilə danışdığına inanmadı və zəngi sonlandırdı.

TodayPress TV xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, bank əməkdaşı qarşı tərəfdə həqiqətən Papanın olduğuna inanmayıb və telefon danışığını dayandırıb.

Papanın yaxın dostu, keşiş Tom McCarthy 2025-ci ilin ortalarında baş vermiş maraqlı bir hadisəni danışıb. Onun sözlərinə görə, seçilməsindən təxminən iki ay sonra Pope Leo XIV bank hesabı ilə bağlı məlumatlarını yeniləmək qərarına gəlib.

Telefon danışığı zamanı Papa özünü dünyəvi adı — Robert Prevost — kimi təqdim edib və bütün təhlükəsizlik suallarını düzgün cavablandırıb. Buna baxmayaraq, bank əməkdaşı telefon nömrəsi və ünvan məlumatlarının dəyişdirilməsindən imtina edib və ona şəxsən banka müraciət etməyi tövsiyə edib.

Buna cavab olaraq Papa bildirib ki, bunu etməsi mümkün deyil. Daha sonra zarafatla soruşub: “Əgər mənim Papa Leo olduğumu desəm, nəsə dəyişəcəkmi?” Lakin həmsöhbəti buna inanmayaraq zəngi sonlandırıb.

Jalə Rövşən

TodayPress TV

tag: Papa,Bank ,Telefon ,Hadisə ,Todaypress.tv,