Avropanın ən yaxşı turizm məkanı seçildi
"World Travel Awards" Portuqaliyanı Avropanın ən yaxşı turizm məkanı adlandırıb.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin fikrincə, Portuqaliya hələ tam kəşf olunmamış, lakin olduqca uğurlu səyahət istiqamətidir.
Portuqaliya zəngin mədəniyyəti, qədim tarixi, unikal üzüm bağları və Madeyra kimi gözəl kurortları ilə seçilir. Lakin hələ də az sayda turist cəlb edir.
Hazırda Avropada ən populyar turizm istiqamətləri Fransa, İspaniya, İtaliya və Türkiyə olaraq qalır.
Türkan İsgəndərli