“Müqaviləni birtərəfli uzatdılar, amma vədlərinə əməl etmədilər!”
“Tvente” klubunun texniki direktoru, “Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq ingilis klubundan ayrılması ilə bağlı açıqlama verib. Mütəxəssis rəhbərliyin ona verdiyi vədləri yerinə yetirmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Tənqidlərə toxunan Ten Haq qeyd edib:
“Müqaviləmin bitməsinə bir il qalsaydı, işə davam etməzdim. Ona görə də dedim ki, mənə daha bir il lazımdır, hər şeyi müzakirə etməliyik. Rəhbərlik mənə sədaqət, dəstək, ünsiyyətdə açıqlıq və səylərin birləşdiriləcəyini vəd etmişdi. Lakin bu vədlər yerinə yetirilmədi”.
Xatırladaq ki, Ten Haq 2022-ci ilin aprelində “qırmızı şeytanlar”ın sükanı arxasına keçmişdi. 2024-cü ilin yazında İngiltərə Kubokunu qazandıqdan sonra klub onunla müqaviləni daha bir mövsüm uzatmışdı, lakin həmin ilin oktyabrında mütəxəssis istefaya göndərilmişdi.
Namiq HUN