Almaniya sahillərində qeyri-adi canlılar peyda oldu - Səbəb...
Almaniya sahillərində ilk dəfə subtropik və ya yelkənli meduzalar aşkarlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, meduzalar Şimal dənizində yerləşən Ziltd adasında tapılıb.
Bundan əvvəl belə meduzalara iyulun ortalarında Şotlandiya sahillərində, avqustun əvvəlində isə Danimarkada rast gəlinib. Ekspertlər onların meydana çıxmasını Şimal dənizinin daha da isinməsi ilə əlaqələndirirlər.
Yelkənli meduzalar insanlar üçün təhlükə yaratmır. Lakin mütəxəssislər hesab edirlər ki, onların ardınca portuqal gəmici və ya sifoid meduzalar kimi təhlükəli növlər də əraziyə gələ bilər. Bu növlərlə təmas insanlarda ciddi yanıqlara səbəb ola bilər.
Aysel Mətləb