Alimlərdən ürək xəstələri üçün ÜMİDVERİCİ XƏBƏR! - 10 nəfərdən 9-u yaxşılaşdı

Alimlərdən ürək xəstələri üçün ÜMİDVERİCİ XƏBƏR! - 10 nəfərdən 9-u yaxşılaşdı
22.08.2026 04:50 Maraqlı

Alimlər eksperimental kök hüceyrə terapiyasının ağır ürək çatışmazlığını geri qaytarmağa kömək etdiyini bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə tədqiqat “Nature Medicine” jurnalında dərc olunub.

Məkum olub ki, 10 pasiyentdən 9-da ürəyin fəaliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

İkinci mərhələdə keçirilən klinik tədqiqatda ağır ürək çatışmazlığından əziyyət çəkən 90 pasiyent iştirak edib.

Bu vəziyyət zamanı ürək qanı lazımi səviyyədə pompalaya bilmir, xəstələr isə ən kiçik fiziki yük zamanı nəfəs darlığından və tez-tez xəstəxanaya yerləşdirilməkdən əziyyət çəkirlər. Belə insanlar üçün çox vaxt yeganə çıxış yolu ürək transplantasiyası olaraq qalır, lakin donor orqanların xroniki çatışmazlığı mövcuddur.

Bunun əvəzinə Nankin Universitetinin xəstəxanasının tədqiqatçıları zədələnmiş ürək əzələsinə induksiya edilmiş pluripotent kök hüceyrələrdən əldə edilən kardiomiositləri - ürək hüceyrələrini yeridiblər. Belə hüceyrələr məhv olmuş toxumanın yerinə yeni əzələ toxumasını “tamamlamaq” qabiliyyətinə malikdir.

Bir illik müşahidədən sonra hüceyrə terapiyası alan pasiyentlər nəzarət qrupu ilə müqayisədə ürəyin fəaliyyəti üzrə keçirilən testlərdə daha yaxşı nəticələr göstəriblər. Məhz iştirakçıların onda doqquzunda ürək funksiyasında əhəmiyyətli yaxşılaşma qeydə alınıb. Bu yanaşma dərmanlardan prinsipial olaraq fərqlənir. O, zəifləmiş ürəyin fəaliyyətini dəstəkləməyə deyil, ürək əzələsinin özünü bərpa etməyə yönəlib.

Müəlliflər vurğulayırlar ki, söhbət klinik sınaqların ilkin mərhələsindən gedir və metod praktikada tətbiq edilməzdən əvvəl onun təhlükəsizliyini, yaxud effektivliyini təsdiqləyən daha geniş tədqiqatların aparılması tələb olunacaq.

Bununla belə, nəticələr ümidvericidir. Onlar göstərir ki, gələcəkdə regenerativ tibb ürək transplantasiyasına alternativ ola bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər