Alimlər Arktikanı xilas edəcək üsulu tapdı: Buzlar yenidən qalınlaşdı
Kanadada aparılan araşdırma zamanı alimlər Arktika buzlarının üzərinə dəniz suyu vuraraq onların qalınlığını artırmağa çalışıblar.
TodayPress TV xəbər verir ki, təcrübənin nəticələrinə görə, emal olunan buz sahələri qışın sonuna qədər digərləri ilə müqayisədə 32 santimetr daha qalın olub.
Tədqiqatçılar bildirirlər ki, bu üsul buzların yay aylarında daha yavaş əriməsinə də kömək edib. Bununla belə, alimlər Arktikanın böyük ərazisində bu texnologiyanın tətbiqinin həm texniki, həm də maliyyə baxımından olduqca çətin olduğunu vurğulayırlar.