8000 il əvvələ aid insan qalıqları tapıldı
Maraqlı
14.05.2026 19:45
Birləşmiş Krallıqın Nottinqemşir bölgəsində arxeoloqlar yol tikintisinə hazırlıq zamanı minilliklər əvvələ aid mühüm tapıntılar aşkar ediblər.
TodayPress TV xəbər verir ki, qazıntılar zamanı eramızdan əvvəl təxminən 6000-ci ilə aid artefaktlar, eləcə də Dəmir dövrü, Roma və ya Anglo-Sakson dövrlərinə aid olduğu ehtimal edilən yeddi insan skeleti tapılıb.
Bundan başqa, bir Roma quyusu və ehtimal ki, Anglo-Sakson dövrünə aid iki evin qalıqları da üzə çıxıb.
Mütəxəssislər skeletlərin dəqiq yaşını müəyyən etmək üçün laborator analizlərin aparılacağını bildiriblər.
Arxeoloqlar həmçinin Roma və Dəmir dövrünə aid 163 keramika nümunəsi aşkar ediblər. Tapılan əşyaların bir çoxu şirli və naxışlı olub. Ərazidən tarixdən əvvəlki dövrə aid çaxmaq daşı ox ucları və un üyütmək üçün istifadə olunan alətlər də tapılıb.
Türkan İsgəndərli
tag: Arxeoloq,İnsan,Qalıq,Sümük,Todaypress.tv,
