70 ildən sonra dünyanı nə gözləyir? Alimlərin açıqlaması narahatlıq yaratdı

70 ildən sonra dünyanı nə gözləyir? Alimlərin açıqlaması narahatlıq yaratdı
18.07.2026 07:44 Maraqlı

2100-cü ilə qədər Yer kürəsində orta temperaturun sənaye öncəsi dövrlə müqayisədə təxminən 4°C artacağı ehtimal olunur. Alimlər xəbərdarlıq edirlər ki, bu, ekosistemlərdə ciddi dəyişikliklərə, meşə yanğınlarının artmasına və ənənəvi heyvandarlığın azalmasına səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Tədqiqat müəlliflərinin fikrincə, əsrin sonuna qədər laboratoriyada yetişdirilən ət və süd məhsulları daha geniş yayıla, gen redaktəsi texnologiyalarından isə invaziv növlərə qarşı mübarizədə istifadə oluna bilər. Alimlər bildirirlər ki, bu ssenarinin qarşısını almaq üçün bəşəriyyət fosil yanacaqlardan istifadəsini kəskin azaltmalıdır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər