Taleh Kazımov Mihali Varqa ilə görüşdü

Taleh Kazımov Mihali Varqa ilə görüşdü
30.06.2025 14:54 Maliyyə

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Hesablaşmalar Bankının (BIS) İsveçrənin Bazel şəhərində təşkil olunmuş 95-ci illik toplantısında iştirakı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədri Mihali Varqa ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, T.Kazımov bunu "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə regional iqtisadi vəziyyət və mərkəzi bankçılıq gündəmində olan mühüm məsələlər müzakirə olunub, institusional əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər