Taleh Kazımov BIS-nin 95-ci illik toplantısında iştirak etdi

Taleh Kazımov BIS-nin 95-ci illik toplantısında iştirak etdi
30.06.2025 11:44 Maliyyə

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ilk dəfə Beynəlxalq Hesablaşmalar Bankının (BIS) İsveçrənin Bazel şəhərində keçirilən 95-ci illik toplantısında iştirak edib.

TodayPress TV xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Toplantı çərçivəsində qlobal maliyyə sabitliyi, innovasiya və rəqəmsal təhlükəsizlik, eləcə də monetar siyasətə dair aktual məsələlər müzakirə olundu və bu mövzularda dəyərli fikir mübadiləsi aparıldı. Tədbir zamanı bir sıra mərkəzi bank rəhbərləri ilə ikitərəfli görüşlər keçirdik. Bu görüşlərdə mərkəzi banklar arasında potensial əməkdaşlıq imkanları və regional iqtisadi trendlər müzakirə edildi. Qarşılıqlı anlayış və təcrübə mübadiləsi maliyyə sistemimizin dayanıqlı inkişafına mühüm töhfə verir", - deyə o qeyd edib.

FOTOLAR

Taleh Kazımov BIS-nin 95-ci illik toplantısında iştirak etdi — 1
Taleh Kazımov BIS-nin 95-ci illik toplantısında iştirak etdi — 2
Taleh Kazımov BIS-nin 95-ci illik toplantısında iştirak etdi — 3
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər