Neft gəlirləri ARDNF-nin büdcə xərclərini tam qarşılamayıb

Neft gəlirləri ARDNF-nin büdcə xərclərini tam qarşılamayıb
31.07.2025 11:25 Maliyyə

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərindən əldə etdiyi gəlirlər Fondun büdcə xərclərini tam şəkildə qarşılamayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-nin 2024-cü il büdcəsinin icrasına dair təqdim etdiyi rəyində qeyd olunub.

Sənəddə bildirilir ki, Fondun xərclərinin maliyyələşdirilməsində əsas yük investisiya gəlirləri və büdcədənkənar daxilolmaların üzərinə düşüb. Neft və qaz satışından daxilolmalar isə bu məqsədlə kifayət etməyib.

Bildirilib ki, xərclərin icrası üzrə müsbət fiskal balans daha çox vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər hesabına mümkün olub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər