Mədənçıxarma sektoruna verilən kreditlərin həcmi azaldı

Mədənçıxarma sektoruna verilən kreditlərin həcmi azaldı
29.11.2025 17:30 Maliyyə

Bu il noyabrın 1-nə Azərbaycanda mədənçıxarma sektorunda fəaliyyət göstərən şəxslərə banklar tərəfindən (qeyri-banklar istisna olmaqla) 635,7 milyon manat həcmində kredit verilib.

TodayPress TV Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz azdır.

Xatırladaq ki, ötən ilin sonuna isə Azərbaycanda mədənçıxarma sektorunda fəaliyyət göstərən şəxslərə 720,2 milyon manat kredit verilmişdi.

Ümumilikdə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31 milyard 169,4 milyon manat təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər