Gürcüstanın büdcə xərcləri və gəlirləri açıqlandı

Maliyyə

29.11.2025 15:30

Gürcüstan hökuməti 2026-cı ilin dövlət büdcəsi üzrə yekun layihəni parlamentə təqdim edib.

TodayPress TV xəbər verir ki, Maliyyə Nazirliyi icmal büdcənin xərc hissəsinin 36,3 milyard lari (təqribən 13,5 milyard dollar – red.) təşkil edir.

Nazirliyin açıqlamasında qeyd olunub ki, 2026-cı il üçün real iqtisadi artımın 5%, ortamüddətli dövrdə isə 5,3% olacağı proqnozlaşdırılır.

Məlumata əsasən, ÜDM-in nominal həcmi 114,1 milyard lari (təqribən 42,2 milyard dollar – red.) səviyyəsində müəyyən edilib. Qeyd olunub ki, layihənin əvvəlki variantı ilə müqayisədə 2026-cı ilin ÜDM proqnozu 3,6 milyard lari (1,3 milyard dollar – red.) artırılıb.

Adambaşına düşən ÜDM-in 11 300 ABŞ dollarını keçəcəyi gözlənilir.

Büdcə kəsirinin ÜDM-in 2,5%-i, dövlət borcunun isə ÜDM-in 33,4%-i təşkil edəcəyi proqnozlaşdırılıb.

Nazirliyin məlumatına görə, 2026-cı ilin dövlət büdcəsinin ümumi gəlir göstəricisi 30 759,4 milyon lari (təqribən 11 milyard 387 milyon dollar – red.) səviyyəsində müəyyən edilib. Qeyd olunub ki, vergidən gəlirlər 23 milyard 200 milyon lari (8,5 milyard dollar - red.) səviyyəsində proqnozlaşdırılır.

(Report)

TodayPress TV

tag: Gürcüstan,Büdcə,Xərc,Gəlir,Todaypress.tv,