Bakı və Seul maliyyə sektorunda danışıqlar aparır

Bakı və Seul maliyyə sektorunda danışıqlar aparır
02.12.2025 11:56 Maliyyə

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Cənubi Koreyaya işgüzar səfəri başlayıb.

TodayPress TV quruma istinadən xəbər verir ki, səfər çərçivəsində Koreyanın maliyyə nəzarəti qurumları ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə makroiqtisadi vəziyyət, maliyyə sektorunda tənzimləyici çərçivələrin təkmilləşdirilməsi, texnoloji yeniliklər və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Səfərin məqsədi iki ölkənin maliyyə sektorları arasında əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər