Yeni smartfon tipli mini kompüter təqdim olundu
İqtisadiyyat
07.11.2025 19:15
QWERTY klaviaturalı yeni mini-kompüter təqdim edilib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, OmniOne 5.7 adlı cihaz kompakt ölçüləri və mobil işləməyə uyğun xüsusiyyətləri ilə diqqət çəkir.
Portativ kompüter 5,7 düymlük sensor ekrana, kiçik toxunma panelinə və fiziki QWERTY klaviaturasına malikdir. O, dördnüvəli Intel N150 prosessoru, 32 GB-a qədər RAM və 1 TB-a qədər SSD yaddaşla təchiz olunur.
326 qram çəkisi olan cihazda USB, DisplayPort 1.2, HDMI 2.0 və Ethernet portları mövcuddur. Batareya bir şarjla təxminən beş saat işləyə bilir.
OmniOne 5.7 hazırda Kickstarter platformasında 359 dollar qiymətlərlə əvvəlcədən sifarişə açılıb. İlk tədarüklər 2026-cı ilin fevralında gözlənilir.
Jalə Rövşən
tag: Mini kompüter,Smartfon ,Təqdimat ,QWERTY klaviatura,Todaypress.tv,
