“WhatsApp”da kiberdələduzluq artır - XƏBƏRDARLIQ

İqtisadiyyat

04.11.2025 15:14

Son günlər “WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım müşahidə olunur.

Bu barədə TodayPress TV- Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Qeyd olunub ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kod paylaşdığı halda, onun “WhatsApp” hesabı ələ keçirilir. Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək, şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara “WhatsApp” hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

Tanımadığınız nömrələrdən gələn linkləri açmayın

⁠Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin

OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin

Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.

⁠Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.

Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın

Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın

tag: ETX,OTP ,WhatsApp,Elektron Təhlükəsizlik Xidməti,Todaypress.tv,