Səsi mətnə çevirən ağıllı üzük təqdim olundu
İqtisadiyyat
06.11.2025 18:45
ABŞ-ın Sandbar şirkəti istifadəçinin səsini mətnə çevirə və süni intellektlə səsini klonlaya bilən Stream Ring adlı ağıllı üzüyü təqdim edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, üzük yan hissəsindəki sensor panelə toxunmaqla aktivləşir.
Danışıq dərhal mətnə çevrilir və mobil tətbiqdə saxlanılır, audio fayl yaradılmır. Şirkətin məlumatına görə, cihaz hətta pıçıltını belə tanıya bilir.
Qeydlər smartfona və veb tətbiqə sinxron ötürülür. Məlumatlar həm cihazda, həm də buludda emal olunur.
Üzük Eleven Labs texnologiyasından istifadə edərək sahibinin səsini klonlayıb süni intellekt cavabları yarada bilir. İstəyə uyğun fərqli səslər də seçilə bilər.
Cihaz həmçinin media nəzarətçisi kimi işləyir: toxunuşla dayandırmaq və başlatmaq, iki dəfə toxunmaqla musiqini dəyişmək, sürüşdürməklə səsi artırıb-azaltmaq mümkündür. Batareya bir gün dayanır və USB-C ilə şarj olunur.
Qeyd ilunur ki, cihazın mat gümüş versiyası 249 dollar, cilalanmış qızıl versiyası isə 299 dollara təklif olunur. Ayda 10 dollara təqdim edilən Stream Pro abunəsi ilə AI funksiyaları genişlənir; abunəsiz limitsiz qeyd imkanı var, lakin AI istifadəsi məhduddur.
Jalə Rövşən
tag: "Sandbar" şirkəti,Süni intellek,Üzük ,Stream Ring ,Todaypress.tv,
